YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam rayonunun Baharlı qəsəbəsində seçicilərlə görüş keçirilib

03 aprel tarixində 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının  təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdam rayonu Baharlı qəsəbəsində seçicilərlə  görüş keçirilmişdir.

YAP Ağdam rayon təşkilatının təbliğat qrupunun rəhbəri Hüseyn Bayramov, qrupun üzvü Xosrov İsmayılov, qəsəbə sakinləri Nizami Ələkbərov  və Asif Cəfərov  cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət xəttindən və bü gün Azərbaycanın əldə etdiyi uğurlar barədə seçicilərə ətraflı məlumat verdilər və onları cənab İlham Əliyevə səs verməyə çağırdılar.