YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Qazax şöbəsi gənc seçicilərlə görüş keçirib

2018-ci il aprelin ayının 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar mart ayının 31-də Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Qazax şöbəsinin üzvləri Qazax şəhərində gənc seçicilərlə görüş keçirmişlər.

500 nəfər gəncin iştirak etdiyi görüşü YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açmış və onun təklifi ilə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Sonra H.Pənahov Prezident seçkilərinə hazırlıqdan bəhs etmiş, rayonda təbliğat-təşviqat kampaniyasını uğurla davam etdiyini gənclərin nəzərinə çatdırmışdır. Prezidentliyə namizəd İlham Əliyyev cənablarının Prezidentliyi dövründə ölkəmizin qazandığı uğurlardan, əhalinin sosial durumunun yaxşılaşdırılmasından, yeni iş yerlərinin açılmasından, bunun timsalında Qazax rayonunda görülmüş işlərdən ətraflı danışaraq 11 apreldə bütün gəncləri seçki məntəqələrinə gələrək Azərbaycan xalqının gələcək rifahı naminə İlham Əliyevə səs verməyə çağırmışdır.

YAP Mərkəzi Seçki Qərərgahının üzvlərindən “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, Azərbaycan Milli Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov, Seçki Qərərgahının Qazax rayon şöbəsinin təbliğat qrupunun üzvü şair Barat Əliyev çıxış etdilər.  Görüşdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 15 il ərzində gördüyü işlərdən, seçki proqramından ətraflı danışdılar. Çıxış edən gənc seçicilər yekdilliklə  11 aprel 2018-ci il tarixdə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verəcəklərini bəyan etdilər.

 

XXX

 

 

Qazax rayonunun Daş Salahlı kəndində  seçicilərlə görüş keçirilib

 

2018-ci il aprelin ayının 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar mart ayının 31-də Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının üzvləri Qazax rayonun ən böyük kəndi olan Daş Salahlı kəndində  seçicilərlə görüş keçirmişlər. Görüşdə 400 nəfər seçici iştirak etmişdir.  

Görüşdə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək Prezident seçkilərinin  təbliğat-təşviqat kampaniyasını uğurla davam etdiyini seçicilərin nəzərinə çatdırmış, İlham Əliyevin ölkə Prezidenti olduğu dövrdə qazanılmış uğurlardan, yeni iş yerlərinin açılmasından, xalqımızın sosial iqtisadi durumunun yaxşılaşdırılmasından, bunun timsalında Daş Salahlı kəndində 3 böyük sənaye müəssisəsinin yaradılmasından, uğaq bağçasının tikintisindən, digər əsaslı işlərin görülməsindən , eləcə də Qazax rayonunda görülmüş çoxsaylı işlərdən ətraflı danışmışlar.

Görüşdə  YAP Mərkəzi Seçki Qərərgahının üzvlərindən “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, sərbəst güləş üzrə milli komandanın  baş məşqçisi Firdovsi Umudov, YAP Mərkəzi Seçki Qərərgahı Qazax rayon şöbəsinin təbliğat qrupunun üzvü Barat Əliyev seçicilər qarşısında çıxış etdilər və onları 11 aprel 2018-ci il tarixdə seçki məntəqələrinə gələrək xoşbəxt gələcəyimiz naminə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənablarına səs verməyə çağırdılar. Görüşdə çıxış edən seçicilər yekdilliklə  11 aprel 2018-ci il tarixdə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verəcəklərini bəyan etdilər.