YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatının gəncləri “İlhamla irəli” təşviqat aksiyasını davam etdirir

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində YAP Gəncə şəhər təşkilatının gəncləri “İlhamla irəli” təşviqat aksiyasını davam etdirir.

Gənclər cənab İlham Əliyevin seçki kampaniyası üçün YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış seçki proqramı və bukletləri seçicilərə paylayıblar. Eyni zamanda, gənclər cənab İlham Əliyevin rəhbərliyilə son 15 il ərzində Azərbaycanda əldə olunan uğurlar və perspektivə hesablanmış hədəflər haqqında ətraflı izahat işləri aparıblar.