Xəbərlər
Lerik rayonunun Züvüç və Osyodərə kəndlərində seçicilərlə görüş keçirilib
11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar YAP Seçki Qərargahının Lerik rayon şöbəsi təbliğat-təşviqat prosesini uğurla davam etdirir. Kampaniya çərçivəsində rayonun Züvüç və Osyodərə kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Lerik rayon təşkilatının təbliğat qrupunun sədri Cəlil Baxşıyev, qrup üzvləri E.Qənbərov, H.Bəşirov və E.Rəcəbov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə qazanılan nailiyyətlərdən danışıblar. Natiqlər bu nailiyyətlərin davamlı olması üçün 11 apreldə seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.