YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam rayonu Əhmədağalı kəndində seçicilərlə görüş keçirilib

Bu gün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdam rayonu Əhmədağalı kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Ağdam rayon təşkilatının təbliğat qrupunun sədri Hüseyn Bayramov və qrupun üzvü Elbrus Hüseynov cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət xəttindən və bü gün Azərbaycanın əldə etdiyi uğurlar barədə seçicilər qarşısında ətraflı məlumat veriblər. Natiqlər 11 aprel seçkilərində seçiciləri fəal olmağa və cənab İlham Əliyevə səs verməyə çağırıblar.