YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunun Zəlimxan və Aşağı Kəsəmən kəndlərində seçicilərlə görüş keçirilib

11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağstafa rayonu Zəlimxan və Aşağı Kəsəmən kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin sədri Ramiz Tatarov Ramiz Tatarov partiyamızın namizədi, dövlət başçısı İlham Əliyevin son 15 ildə həyata keçirdiyi siyasətin uğurları haqqında ətraflı məlumat verib. O bildirib ki, cənab İlham Əliyev dövlət başçısı olaraq daim regionlara səfər edib və bölgələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar mühüm qərarlar verib. Məhz bunun nəticəsində də Azərbaycanın bölgələri dinamik inkişaf edir. Natiq qeyd edib ki, 2004-cü ildən icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları sayəsində ölkənin hər bir guşəsi hərtərəfli inkişaf edib.
“Təbii ki, ölkənin hər bir vətəndaşı öz həyatında bu inkişafı hiss edir. O cümlədən Ağstafa rayonunda da quruculuq işləri böyük vüsət alıb. Ağstafalılar Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. İnanırıq ki, 11 aprel seçkilərində xalqımız bir daha cənab İlham Əliyevə yüksək etimad göstərəcək”, - deyən R.Tatarov seçiciləri seçki günü fəal olmağa çağırıb.

Sonra qərargahın digər üzvləri Qalib Cəfərov və Feruz Həsənov çıxış edərək ölkədə həyata keçirilən quruculuq-abadlıq işlərindən, regionların sürətli inkişafından söz açıblar.

Görüşlərdə Rəhim Mustafayev, Şirin Həsənov, Mətanət Məmmədova, Akif Batıyev, Şirin Namazov və başqaları çıxış edərək artıq seçimlərini etdiklərini və Prezident İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.