YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəbrayıl rayon təşkilatı Müşviqabad qəsəbəsində seçicilərlə görüş keçirib

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Cəbrayıl rayon təşkilatı da YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Müşviqabad qəsəbəsində seçicilərlə növbəti görüş keçirib.

Görüşdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev ölkəmizdə son 15 ildə aparılan uğurlu siyasət nəticəsində əldə olunan uğurlardan danışıb. Bildirilib ki, "Regionların sosial-iqtisadi inkişafı" Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün Azərbaycanın bütün regionları inkişaf edir: "Qaçqın və məcburi köçkün rayonlarımızın sakinləri hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edib. İnsanlarımız üçün yeni evlər tikilib, yeni qəsəbələr salınıb. Bütün çadır şəhərcikləri ləğv edilib. Mən əminəm ki, qədirbilən Cəbrayıl seçiciləri aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədinə – cənab İlham Əliyevə səs verəcəklər".

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Əyyub Quliyev və başqaları Cəbrayıl rayonundan olan seçiciləri uğurlu siyasətə, nailiyyətə, qələbəyə səs verməyə çağırıblar.