YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəy seçiciləri Azərbaycanın inkişafına səs verəcəklər

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Çayrəsullu, Zamanlar, Şınıx və Hacılar kəndlərində keçirilib.

Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev son 15 ildə Azərbaycanda aparılan inkişafa yönəlik siyasətdən danışıb. O deyib ki, son illərdə Gədəbəy rayonunda bir sıra mühüm addımlar atılıb. Tikilən yeni məktəblər, xəstəxana, sənaye müəssisələri Gədəbəy rayonunun simasını müasirləşdirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən siyasi kurs bütünlüklə Azərbaycan bölgələrinin inkişafında mühüm rol oynayıb.

Çıxış edən millət vəkili Rafiq Məmmədhəsənov 11 apreldə Gədəbəy seçicilərinin seçiminin Prezident İlham Əliyev olacağına şübhə etmədiyini deyib. Onun sözlərinə görə, son illərdə həyata keçirilən abadlıq-quruculuq işləri rayonlarımızın, kəndlərimizin inkişafında mühüm rol oynayıb, bir sıra təhsil, səhiyyə obyektləri təmir olunub. Vurğulanıb ki, ölkəmizdə milyonlarla yeni iş yerləri açılıb, Azərbaycan turizm mərkəzinə çevrilir. Millət vəkili bir daha seçiciləri 11 apreldə YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının seçki qərargahının üzvü Alim Verdiyev və başqaları, eləcə də kənd sakinləri gədəbəylilərin hər zaman Prezident İlham Əliyevi dəstəklədiklərini diqqətə çatdırıblar. Onlar Gədəbəy ictimaiyyətinin seçiminin birmənalı olaraq inkişaf və yenilik olacağını bildiriblər.