YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağsu rayon təşkilatının təbliğat-təşviqat qrupu rayonun Padarqışlaq kəndində olub

11 aprel 2018-ci  ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin təbliğat-təşviqat qrupunun martın 26-da seçicilərlə növbəti görüşü rayonun Padarqışlaq kəndində olub.

Tədbirdə çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov bildirib ki, ölkəmizdə aprelin 11-də keçiriləcək prezident seçkilərinin beynəlxalq standartlara uyğun, demokratik şəraitdə keçirilməsi üçün lazımi şərait yaradılıb. Ə.Hüseynov cənab İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə görülmüş işlərə və qazanılan uğurlara diqqət yetirərək güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin böyük gücə və nüfuza malik olduğunu bildirib. Ə.Hüseynov qeyd edib ki, artıq martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyasına start verilib və partiyamızın bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək.

Sonra YAP Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsinin təbliğat–təşviqat qrupunun üzvləri Yaşar Qarayev, Camaləddin Zeynalov, Tahir Xasi, Əmrulla Kərimov, Sənan Nemətov çıxış edərək vurğulayıblar ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir. Cənab İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini bildirən təbliğat–təşviqat qrupunun üzvləri qeyd ediblər ki, 11 apreldə ölkə əhalisi yekdilliklə gələcəyə - İlham Əliyevə səs verəcəklər.

Seçicilərdən Ağamurad Bəkirov, Bəylər Abasov çıxış edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək sabitliyə, uğurlu gələcəyə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv