YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı  Ağstafa rayon şöbəsi namizədliyi YAP tərəfindən irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Martın 25-də seçicilərlə növbəti görüşlər Ağstafa rayonunun Eynallı və Köçəsgər kəndlərində keçirilib. Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının üzvləri - Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Nizami Cəfərov iştirak ediblər.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Ağstafa rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ramiz Tatarov çıxış edərək YAP-ın namizədi cənab İlham Əliyevin həyat və fəaliyyəti barədə geniş və əhatəli məlumat verib. R.Tatarov çıxışının sonunda seçiciləri 11 aprel tarixində seçki məntəqələrinə gəlməyə, ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının üzvləri Milli Məclisin deputatı Nizami Cəfərov, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində gördüyü möhtəşəm işlərdən söz açıblar.Natiqlər ümidvar olduğunu bildiriblər ki, ağstafalılar, o cümlədən Eynallı və Köçəsgər kəndlərinin seçiciləri 11 apreldə məntəqələrə gələrək yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər.

Çıxış edən kənd seçiciləri dövlətimizin daha da qüdrətlənməsi naminə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

DİGƏR Xəbərlər Arxiv