YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunun Abad, Pirəzə, Ağzıbir, Kotavan, Kotanarx, Nehrəxəlil və Cardam kəndlərinin seçiciləri ilə görüşlər keçirilib

Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunun Abad, Pirəzə, Ağzıbir, Kotavan,  Kotanarx, Nehrəxəlil və  Cardam kəndlərinin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ağdaş rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov çıxış edərək son illər ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar haqqında geniş məlumat verib. C.Osmanov ağdaşlıların həmişə dövlətə-dövlətçiliyə sadiqlik nümayiş etdirdiklərini görüş iştirakçılarının diqqətinə çatdırıb: «11 apreldə seçki məntəqələrinə gəlməli və hər birimiz cənab İlham Əliyevə səs verməliyik. Mən inanıram ki, məhz belə də olacaq, Ağdaş rayonunun hər bir seçicisi öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın layiqli namizədi cənab İlham Əliyevə səs verəcək. Gəlin, birlikdə İlhamlı gələcəyə inamla addımlayaq.»

Seçicilərin böyük ruh yüksəkliyi ilə iştirak etdikləri görüşlərdə çıxış edən sakinlərdən Qalibə Əliyeva, Nofəl Məmmədov, Ceyran Əhmədova, Lətif Mustafayev, Araz Kərimov, Sadayə Qocayeva, Araz Yusubov, Yeganə Həsənova və Sədaqət Şavəddinova bildiriblər ki, 11 apreldə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində də bunun qarşılığı olaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Görüşdə təbliğat qrupunun üzvlərindən Tənzilə Şıxıyeva, Vaqif Hacıyev, Sevgili İbrahimova və Anar Şahmuradov çıxış edərək seçiciləri ölkəmizin gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verməyə  çağırıblar.