YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirlilər birmənalı şəkildə cənab İlham Əliyevi dəstəkləyirlər

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şəmkir rayon şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Muxtariyyə, Əliyaqublu, Yeni-Göyçə, Dağ-Cəyir və Çaykənd kəndlərində seçicilərlə görüşlər keçiriblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev görüşlərdə çıxış edərək bildirib ki,  Prezident İlham Əliyevin cəsarətli və müdrik siyasəti sayəsində qüdrətli Azərbaycan çox güclü dövlətə çevrilib. Fəxrəddin Vəliyevin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çoxşaxəli siyasətinin hər bir istiqaməti Azərbaycan xalqının rifahına, Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına yönəlib. Bunun nəticəsidir ki, indi cənab İlham Əliyevin prezidentliyə namizədliyi xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənir.

Milli Məclisin deputatı Sahibə Qafarova çıxış edərək aprelin 11-də keçiriləcək prezident seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda növbəti parlaq səhifə olacağını söyləyib. Millət vəkili S.Qafarova rayon seçicilərini bu tarixi prosesdə fəal iştirak etməyə çağırıb. Sahibə Qafarova daha sonra cənab İlham Əliyevin misilsiz xidmətləri haqqında məlumat verərək deyib ki, cənab İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Bu illərdə dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. O, bunları nəzərə alaraq, rayon sakinlərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşlərdə seçicilər qarşısında çıxış edən YAP Mərkəzi Seçki Qərargahı rayon şöbəsinin üzvləri YAP-ın namizədi cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyinə misilsiz xidmətlərindən danışıblar.

Görüşlərdə seçicilər inamla bildiriblər ki, onlar hamılıqla cənab İlham Əliyevə səs verəcəklər.

DİGƏR Xəbərlər Arxiv