YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda Ümid və Lökbatan qəsəbələrinin seçiciləri ilə keçirilib

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüşlər Qaradağ rayonunun Ümid və Lökbatan qəsəbələrinin seçiciləri ilə  keçirilib. Görüşlərdə çıxış edən rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov YAP-ın namizədi cənab İlham Əliyevin misilsiz xidmətləri barədə geniş məlumat verib. Millət vəkili deyib ki, Azərbaycanın son 15 ildə əzəmətli inkişafı Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Onun sözlərinə görə, cənab İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb.

Görüşlərdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin Prezident İlham Əliyevin misilsiz xidmətləri haqqında məlumat verib. Millət vəkili bütün seçiciləri aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağıraraq bildirib ki, cənab İlham Əliyevə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına səs vermək deməkdir.

Çıxış edən seçicilərdən İsmayıl Ağayev, Əli Qarayev, İsif Şahsuvarov deyiblər ki, onlar artıq öz seçimlərini ediblər və 11 apreldə səsvermə məntəqələrinə gedib cənab İlham Əliyevə səs verərək bu seçimlərini rəsmiləşdirəcəklər.