YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və dəstəyi dayanır

Yeni Azərbaycan Partiyası Xəzər  rayon təşkilatında prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirildi.  Təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildiridi ki, son 15 ildə ölkəmiz yüksək səviyyəli inkişaf yolu keçib. Ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi Xəzər  rayonunda da böyük işlər görülüb.

Çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışaraq bildirdi ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Vurğulanıb ki, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqlik dayanır. Bu gün hər birimiz Azərbaycanımız naminə, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə gedərək, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək «İlhamla İrəli» addımlamalıyıq. Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir, əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkilərində də qələbə qazanacaq.

Tədirdə çıxış edən rayon sakinləri bildirdilər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının ən yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Bu, həm də o deməkdir ki, qeyd etdiyimiz kimi, lazımi siyasi iradə dövlətimizin başçısı tərəfindən ortaya qoyulub. Uğurlu nəticələr, eyni zamanda,  onu deməyə əsas verir ki,  Azərbaycan böhranlı illərdə belə  sürətlə inkişaf edir, iqtisadi artımın sürətinə görə beynəlxalq maliyyə qurumlarının hesabatlarında  birinciliyini qoruyur.

DİGƏR Xəbərlər Arxiv