YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Astara rayon təşkilatı “İlhamla İrəli” şüari ilə təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

YAP Astara rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Şahağacı kəndində seçicilərlə görüş keçirib.

Görüşdə çıxış edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bildirib ki, cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycan dünyasının ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bütün bunlar prezident İlham Əliyevin siyasətinin nəticəsidir.

Görüşdə çıxış edən rayon ağsaqqalları Hamlet Əliyev, Mikayıl Muqabilov, Şahağacı kənd 2 saylı orta məktəbinin direktoru Sakit Mürsəlov, rayon təşkilatı Qadınlar Şurasının üzvü Solmaz Mirzəyeva və başqaları çıxış edərək aprelin 11-də keçiriləcək prezident seçkisində fəal iştirak edəcəklərini və cənab İlham Əliyevə səs verəcəklərinin bildiriblər.