YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ucar seçiciləri: «İlhamla irəli» deyirik

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin Ucar  rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. 

Ötən gün YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərinə həsr edilmiş «İlhamla irəli» şüarı ilə açıq havada rayonun Ramal kəndində mitinqi keçirilib. 

Mintinqi giriş sözü ilə YAP  Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin  və partiyanın rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq bildirib ki,  Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb. Prezident-xalq birliyi təbii ki, bütün uğurların əsasında dayanan əsas amillərdəndir. Xalq həyata keçirilən siyasətin gələcəyinə böyük inamla baxır. Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva  çıxışının sonunda seçiciləri 11 apreldə keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdilliklə səs verməyə çağırıb.

Təbliğat qrupunun üzvləri Alı Babayev və Rahib Rəsulov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illərdə müstəqil Azərbaycanımızın qazandığı mötəşəm tarixi naliyyətlər haqqında ətraflı məlumat verərək seçiciləri xalqımızın alternativsiz liderinə səs verməyə çağırıblar.

Seçicilərdən Şahlıq kənd sakini Arif Əhmədov, Ramal kənd sakinləri Züleyxa Qurbanova, Könül Məmmədova və Əlikənd kənd sakini Azadə Xəlilova çıxış edərək ötən 15 ildə cənab İlham Əliyevin hər bir Azərbaycanlının Prezidenti olduğunu sübut etdiyini vurğulamaqla seçkilərdə cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.

Gənclər bu tədbirdə qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün ölkə gəncliyinə «İlhamla irəli» səsləyərək, 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərində YAP namizədi cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər. 

 

 

DİGƏR Xəbərlər Arxiv