YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəbrayıl rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib

2018-ci ilin 11 aprel  tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıq və mütəşəkkilliklə start verib. Kampaniyaya bütün Cəbrayıl ictimaiyyəti böyük həvəs və coşqu ilə qoşulublar. Səhər saatlarından etibarən partiya rayon təşkilatının Seçki qərargahının üzvləri və gənc fəallar rayonun inzibati ərazisini əhatə edən 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi  üzrə seçki məntəqələrinin ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində təbliğat-təşviqat materiallarını asmağa başlayıblar. Seçki Qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə Seçki Məcəlləsinə uyğun nəzərdə tutulmuş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

DİGƏR Xəbərlər Arxiv