YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: 15 sentyabr tarixi Azərbaycan və Türkiyənin qardaşlığının parlaq nümunəsini ifadə edən günlərdən biridir

«15 sentyabr tarixi Azərbaycan və Türkiyənin qardaşlığının parlaq nümunəsini ifadə edən günlərdən biridir». Bu fikri Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin özünütəsdiq etməsində türklər güclü dəstək verib. Onun sözlərinə görə, məhz 15 sentyabr 1918-ci ildə Bakı şəhərinin erməni daşnak-bolşeviklərindən azad edilməsində türk ordusunun müstəsna rolu var.

«Bu hadisədən sonra Bakı şəhəri Xalq Cümhuriyyətinin paytaxtı elan olundu. Ötən əsrin sonunda Azərbaycanın müstəqilliyi elan olunanda da onu tanıyan ilk dövlət Türkiyə oldu. Bütün bunlar onu göstərir ki, biz qardaş dövlətlərik və münasibətlərimiz bu prinsipə əsaslanır. Bu gün ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycanla Türkiyə artıq dünyada yeni bir güc mərkəzi kimi çıxış etməkdədir»- deyə, N.Cəfərov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv