YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Təhsilin inkişafının əsas göstəricilərindən biri infrastrukturun yeniləşdirilməsidir

«Ölkəmiz təhsil sahəsində yeni-yeni nailiyyətlər qazanmaqdadır». Bu fikri Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, hazırda təhsil sahəsində ciddi islahatlar həyata keçirilir. Onun sözlərinə görə, islahatlar bu sahəsinin inkişafında müstəsna rol oynamaqdadır.

«Təhsilin inkişafının əsas göstəricilərindən biri infrastrukturun yeniləşdirilməsidir. Son illər yüzlərlə yeni məktəb binasının tikilib istifadəyə verilməsi buna sübutdur. Təkcə, bu ilki tədris ili ərəfəsində ölkə üzrə xeyli sayda xeyli sayda məktəb tikilib. Bu, dövlətimizin təhsil sahəsinə göstərdiyi parlaq nümunədir»- deyə, L.Abdullayeva qeyd edib.