YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Forumun hesabatları qlobal miqyasda yüksək reytinqə malikdir və ölkələr tərəfindən obyektiv dəyərləndirmə kimi qəbul edilir

«Dünya İqtisadi Forumu bütün ölkələr üzrə dəyərləndirmələrini vahid metodologiya üzrə həyata keçirir». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, qurumun hesabatlarında hər hansı bir ölkə haqqında məlumatlar tam dəqiqliklə verilir. Buna görə də Dünya İqtisadi Forumunun hesabatları qlobal miqyasda yüksək reytinqə malikdir və ölkələr tərəfindən birmənalı şəkildə obyektiv dəyərləndirmə kimi qəbul edilir.

«Bu baxımdan, qurumun son hesabatlarında Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar ardıcıl olaraq yüksək dəyərləndirilir ki, bu da böyük nailiyyətdir. Dünya İqtisadi Forumunun yaydığı hesabatlarda Azərbaycanın müxtəlif indikatorlar üzrə mövqeyini yaxşılaşdırması ondan xəbər verir ki, ölkəmizin hərtərəfli inkişafı üçün fundamental zəmin formalaşıb və artıq nüfuzlu beynəlxalq reytinq agentlikləri də respublikamızın inamlı inkişaf yolunda olduğunu etiraf edirlər. Həqiqətən də, son 15 ildə dünya miqyasında Azərbaycan kimi sürətlə inkişaf edən ölkələrin sayı çox azdır. Respublikamız qlobal iqtisadi böhranın mənfi təsirlərini effektiv şəkildə önləməklə özünün iqtisadi göstəricilərini artırmaqda davam edir. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Aparılan islahatlar da məhz qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə yönəldilib. 2017-ci ildə əldə olunan uğurlar onu deməyə əsas verir ki, artıq respublikada yeni iqtisadi modelin tətbiqi öz bəhrəsini verir»-deyə, İ.Məmmədov qeyd edib.