YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Həmsədrlər müharibə istəmirlərsə, Ermənistanı sülhə məcbur etməlidir

«Xarici işlər nazirlərinin Krakov görüşündən sonra verilən bəyanatda kreativ təkliflərlə bağlı fikirlərin səslənməsi yeni məsələ deyil». Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, 20 ildən çox müddətdə danışıqlar prosesində kreatib ideyalar adlandırılacaq səviyyədə bir sıra təkliflər irəli sürülüb. Amma nəticə etibarı ilə onların heç biri reallaşmayıb.

«Amma tərəflər bu ideyaların reallaşması üçün əlavə vaxt, resurs itkisinin olacağını yaxşı başa düşürdülər. Bu cür ideyalardan istifadə etmək istəyən Ermənistanın məqsədi də məhz vaxt uzatmaq idi. Əlbəttə ki, Azərbaycan tərəfi bu məqsədləri bildiyi hər zaman məsələnin konkret məcraya yönəldilməsini istəyib. Krakov görüşündə irəli sürülən təkliflərin nədən ibarət olması konret açıqlanmasa da, onların qeyri-adi, yeni, prinsipal təklif olduğunu da düşünmürəm. Amma ümid edirəm ki, 2018-ci ilin danışıqlar prosesində intensiv il olacaq. Bütün hallarda həm tərəflər, həm də həmsədr ölkələr münaqişənin yenidən alovlanmasını istəmirlər. Əgər müharibə istəmirlərsə, onlar Ermənistanı sülhə məcbur etməlidir. Bunun başqa yolu yoxdur»-deyə, deputat qeyd edib.