YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Multikulturalizm siyasəti mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir

«Azərbaycan multikulturalizminin siyasi banisi ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən biri də multikulturalizmin ölkəmizdə inkişaf etdirilməsidir. Bu siyasəti bu gün Prezident İlham Əliyev əzmlə davam etdirir». Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini sürətləndirir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir.

«Bir sıra Avropa ölkələrində multikulturalizmin iflas etməsi ilə bağlı fikirlərin formalaşması fonunda Azərbaycanda multikultural hərəkatın təntənəsi ilə dövlətimizin başçısı Azərbaycanın timsalında multikulturalizmin inkişafının nikbin qütbünü formalaşdırdı. Azərbaycan Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə elan etdiyi “Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir. Biz hər gün bunun şahidi oluruq»-deyə, akademik vurğulayıb.