YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları təlimlərə başlayıblar

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində üç həftəlik təlimlərə başlanılıb.

Bu barədə agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib.

Avropa İttifaqının Bakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən təlimin məqsədi qida təhlükəsizliyi sahəsində institusional potensialın gücləndirilməsinə, qida zəncirinə nəzarət sahələrində beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib.

Təlimdən əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli layihə çərçivəsində təlim keçəcək nümayəndə heyətini qəbul edib. Daha sonra layihə rəhbəri Yan Quildinq və təlimçi Alida Mahmudova qida təhlükəsizliyi ilə bağlı təcrübələrini agentliyin əməkdaşları ilə bölüşüblər.

Təlimdə agentliyin “Təftiş və dövlət nəzarəti”, “Risklərin idarə olunması”, “Sertifikatlaşdırma və qeydiyyat”, “Kommunikasiya və informasiya texnologiyaları” şöbələrinin rəhbərləri və əməkdaşları iştirak edib.