YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 21 min 358 ipoteka krediti verilib

"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan bildiriblər ki, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə 21 min 358 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 950 milyon 889 min 578 manatdan çoxdur.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu" yaradılıb.