YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir

 «Bütövlükdə 2017-ci il xalqımız və dövlətimiz üçün uğurlu il oldu. Əlbəttə ki, qazanılan uğurlar qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə edilməsini şərtləndirir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, 2018-ci ilin daha perspektivli olacağı gözlənilir. Onun sözlərinə görə, bu il əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından, yəni əməkhaqları və pensiyaların artırılması, məşğulluğun daha geniş şəkildə təmin edilməsi cəhətdən yeniliklər olacaq.

«Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir»-deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.

Strateji Yol Xəritəsində göstərildiyi kimi 2025-ci ildə Azərbaycan dünyanın sosial dövlətlər sırasına qoşulmalıdır. Bu qarşımızda dayanan böyük hədəfdir. Şübhəsiz ki, xalq-Prezident birliyi nəticəsində bu hədəfə nail olunacaq.