YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: 2017-ci ildə iqtisadiyyatın sabitləşməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcək

«2017-ci il Azərbaycan üçün iqtisadi cəhətdən əlamətdardır». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, ötən il ölkədə makro-iqtisadi sabitlik təmin olundu, manatın məzənnəsi sabitləşdi və manat məzənnəsinə olan iqtisadi təhlükələr aradan qalxdı. Onun sözlərinə görə,  2017-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 26.5% artıb. İxracın həcmi isə 50% artıb.

«Xarici ticarət dövriyyəsində ixracın payı 61%-ə çatıb, ixrac idxalı 4.7 mlrd. dollar üstələyib. Keçən dövr ərzində ölkədə qeyri-neft sektoru 2.4%, geyri-neft sənayesi 3.5%, kənd təsərrüfatı məhsulları istehsalı isə 4% artıb. 2017-ci ildə iqtisadiyyatın sabitləşməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcəkdir. Artıq bütün beynəlxalq təşkilatlar növbəti ildə Azərbaycanda ÜDM-in 4%-ə qədər artacağını proqnozlaşdırırlar. 2018-ci dövlət büdcəsinin həcminin 3.3 mlrd manat artırılması və ən böyük artımın iqtisadi aktivliyinin artımına yönəldilməsi bu inkişaf üçün əlavə stimul da yaradıb. Bütövlükdə, 2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makro-iqtisadi sabitləşmə ili kimi yadda qaldı. 2018-ci ildən gözləntilər isə dinamik inkişaf, yeni iqtisadi layihələr və vətəndaşların yaşayış səviyyəsinin daha da artmasıdır»-deyə, komitə üzvü vurğulayıb.