YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhalinin gəlirləri ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 3,4 faiz artıb

2014-cü ilin yanvar-iyul aylarında əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 faiz yüksəlib.

Bu dövr ərzində əldə olunan 21 milyard manat gəlirin 70,3 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18 faizi isə yığıma yönəldilibdir.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 19,1 milyard manat həcmində vəsait qalıb.