YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Rusiya ilə Azərbaycan arasında münasibətlər qat-qat yüksəkdə dayanır

Milli Məclisin deputatı Elman Nəsirov Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulinin ermənipərəst mövqeyini şərh edərkən qeyd edib ki, o həmişəki kimi, yenə də ermənilərə məhəbbət hissini nümayiş etdirib və hərəkətləri ilə Rusiya - Azərbaycan strateji əməkdaşlığına kölgə salmağa cəhd göstərib: "Azərbaycanda heç kimə sirr deyildir ki, K. Zatulin keçən 20 ildən artıq müddətdə daim erməni diasporunun diktəsi ilə Azərbaycana qarşı qeyri-sağlam münasibət sərgiləyib. Bir neçə gün bundan əvvəl K. Zatulinin komitə rəhbəri Leonid Kalaşnikov Bakıda səfərdə oldu və Azərbaycan Prezidenti başda olmaqla, ölkə rəsmiləri ilə çox səmərəli danışıqlar apardı. Bu səfər göstərdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər heç də Zatulinin iddia etdiyi kimi deyil və bundan qat-qat yüksəkdə dayanır. Zatulinin özünün bu səfərdə iştirak edə bilməməsi faktının özü onun hansı mövqedə dayanmasının birbaşa göstəricisidir. Məsələ burasındadır ki, bu ermənipərəst deputat separatçı rejimin dəvəti ilə Dağlıq Qarabağa icazəsiz səfərlər etdiyinə görə hazırda Azərbaycana gələ bilmir.”