YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maksim Kuryaçiy: 2017-ci ildə Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında dinamika qeydə alınıb

2017-ci ildə Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf dinamikasını müsbət dəyərləndirmək olar. Bu, həm siyasi, həm də iqtisadi sahələri əhatə edir.

Bu fikri Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.

Onun sözlərinə görə, bu il ərzində Azərbaycan və Ukrayna prezidentlərinin iki dəfə görüşməsi, hər iki ölkənin yüksəkvəzifəli şəxslərinin qarşılıqlı səfərləri onu göstərir ki, münasibətlər strateji xarakterlidir.

“Bu il Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsində də artım qeydə alınıb. 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 529 milyon 696,4 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur”, - deyə ukraynalı deputat qeyd edib.

M.Kuryaçiy hesab edir ki, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün potensial mövcuddur, 2018-ci ildə münasibətlər daha da genişlənməlidir.