YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində yekun beynəlxalq konfrans keçiriləcək

Dekabrın 21-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda yekun beynəlxalq konfrans keçirəcək.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, “İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə təşkil ediləcək konfransda 40-dan çox ölkədən və 8 beynəlxalq təşkilatdan 200-dən artıq elm, din xadimi, ictimai-siyasi xadimlər iştirak edəcəklər.

Xatırladaq ki, “İslam Həmrəyliyi İli” çərçivəsində indiyədək Bakıda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada, Rusiyada və Naxçıvanda beynəlxalq tədbirlər keçirilib.