YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynalı deputat: Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə haqqı çatır

Azərbaycanın əldə etdiyi iqtisadi və siyasi uğurlara görə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə haqqı çatır.

Bu fikri  Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.

Ukraynalı deputat hesab edir ki, Bakıda “Ekspo 2025” Ümumdünya Sərgisinin keçirilməsi ölkədə investisiya yatırımının artmasına səbəb olacaq. İqtisadiyyatın modernləşməsi, beynəlxalq ticarət, elmi və texnoloji əməkdaşlığın artmasına öz töhfəsini verəcək. “Ümid edirəm ki, bu nüfuzlu beynəlxalq sərgi Bakıda keçiriləcək”, - deyə o əlavə edib.

Maksim Kuryaçiy vurğulayıb ki, Prezident İlham Əliyevin neft gəlirlərinin insan kapitalına çevrilməsi siyasəti sosial sahənin inkişafına və ölkə əhalisinin rifahının yaxşılaşmasına səbəb olub.

Xatırladaq ki, “Ekspo-2025” sərgisinə ev sahibliyi edəcək şəhər 2018-ci ilin noyabrında müəyyənləşəcək.