YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“700 min ağac əkək” kampaniyası çərçivəsində Masallıda 2000 ədəd qoz tingi əkilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir.

“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Masallı rayon təşkilatı və Masallı Rayon Meşə Bərpası və Mühafizəsi  Müəssisəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Rayonun Güllütəpə kəndinin dağ massivində keçirilən aksiyada partiya fəalları və gənclərin iştirakı ilə 2000 ədəd qoz tingi əkilib. Ağacəkmə aksiyası mərhələli şəkildə davam etdiriləcək.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

DİGƏR Partiya xəbərləri Arxiv