YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Heydər Əliyev ideyaları Azərbaycanı uğurlu gələcəyə aparan işıqlı yoldur

«Ümummilli lider Heydər Əliyevin ideyaları əbədiyaşardır». Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Heydər Əliyev ideyaları Azərbaycanı uğurlu gələcəyə aparan işıqlı yoldur. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinin və dilinin inkişafında gördüyü işlər ölkəmizin mədəniyyət və dil tarixində xüsusi bir dövrdür.

«Ulu öndərimmiz Azərbaycan ədəbiyyatına, Azərbaycan incəsənətinin müxtəlif sahələrinə, Azərbaycan dilinə çox böyük diqqət yetirib. Heydər Əliyevin formalaşdırdığı və müstəqillik dövründə də davam etdirilən mədəniyyət siyasətinin ən mühüm hissəsini indiyə qədər xalqımızın yaratmış olduğu mədəniyyətə xüsusi qayğının göstərilməsi təşkil edir. Yəni tarix boyu Azərbaycan xalqının yaratdığı mədəniyyətin qorunması, təbliğ olunması, klassiklərin xalqa tanıtdırılması istiqamətində müxtəlif addımlar atılır. Ümummilli liderimiz  Azərbaycan dilinin inkişafı istiqamətində də misilsiz işlər görüb. Azərbaycanda dil siyasətinin formalaşması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ulu öndərin adı ilə bağlıdır. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ulu öndərin sayəsində ana dilinin - dövlət dilinin ictimai-siyasi nüfuzunun yüksəldilməsi ilə bağlı bir sıra hüquqi sənədlər qəbul edilib. Ümummilli lider Heydər Əliyevin milli dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edir»-deyə, akademik vurğulayıb.