YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: İqtisadiyyatın perspektivli sahələrinin inkişafı diqqət mərkəzindədir

«İqtisadiyyatın perspektivli sahələrinin inkişafı diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Azərbaycan üçün qeyri-neft iqtisadiyyatının belə perspektivli istiqamətlərindən biri aqrar sektordur. Onun sözlərinə görə, respublikamızda yeni dünya çağırışlarına uyğun olaraq aqrar sektorun inkişaf etdirilməsi reallığa və ölkənin güclü iqtisadi potensialına əsaslanır.

«Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Eyni zamanda, dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və davamlı olaraq həyata keçirilən aqrar islahatlar nəticəsində respublikada kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sahədə məqsədyönlü dövlət siyasəti bu sahənin davamlı inkişafını şərtləndirir»- deyə, E.Səlimov vurğulayıb.