YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Dayanıqlı inkişaf ümumi məqsədlərə xidmət edən qlobal konsepsiya səciyyəsi daşıyır

«Dayanıqlı inkişaf ümumi məqsədlərə xidmət edən qlobal konsepsiya səciyyəsi daşıyır». Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, hər bir milli dövlət özünün əhatəli və uzunmüddətli dövrə hesablanan inkişafı ilə bütün dünyanı narahat edən problemlərin həllinə öz töhfəsini verməlidir. Bu baxımdan Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Onun sözlərinə görə, özünün məqsədyönlü siyasətində daim milli maraqlardan çıxış edən Azərbaycan, qlobal çağırışlara adekvat olaraq ölkədə daha dayanıqlı inkişafın təmin olunmasına güclü siyasi iradə nümayiş etdirir.

«Ölkəmizin dayanıqlı inkişafı şərtləndirən əsas prinsiplərlə, o cümlədən də iqtisadi inkişafla bağlı özünəməxsus proqram və konsepsiyası var. Son illərdə Azərbaycanın mənzərəsi qlobal miqyasda meydana çıxan çağırışlara adekvat olan mükəmməl islahatlarla səciyyələnir. Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. İÖlkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə əsasən həyata keçirilən bu islahatlar davamlı xarakter daşımaqla yanaşı, çoxşaxəlidir və sosial-iqtisadi inkişafla bağlı müxtəlif istiqamətləri əhatə edir»- deyə, akademik vurğulayıb.