YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan 2010-2016-cı illərdə Türkiyə iqtisadiyyatına 5 milyard dollara yaxın investisiya yatırıb

Azərbaycan 2010-2016-cı illərdə Türkiyə iqtisadiyyatına 4 milyard 899 milyon dollar investisiya yatırıb.

Türkiyə mətbuatı xəbər verir ki, Türkiyəyə ən çox investisiya yatıran ölkələrin siyahısında Azərbaycan 12-ci yerdədir. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyə iqtisadiyyatına qoyulan birbaşa sərmayənin həcmi 129 milyon dollar təşkil edib.

Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkə isə Hollandiya olub. Bu ölkə 2010-2016-cı illərdə Türkiyə iqtisadiyyatına 22 milyard 15 milyon dollar sərmayə qoyub.