YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir

Prezident İlham Əliyev Beyləqan rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycanda demoqrafik vəziyyətin çox müsbət olduğunu deyib.

Dövlətimizin başçısı hər il orta hesabla 170-180 min körpənin dünyaya gəldiyini bildirib. Prezident vurğulayıb ki, iş yerlərinin açılması daimi proses olmalıdır. Çünki əhalinin artımı əlbəttə ki, bizim üçün böyük güc mənbəyidir. Əhali artır və artmalıdır.

Dövlətimizin başçısı deyib: “İş yerlərinin, yeni müəssisələrin açılması gərək elə sürətlə getsin ki, işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik beş faiz səviyyəsindədir. Bəzi bölgələrdə işsizlik orta hesabla daha da yüksəkdir. Biz bunu bilirik, bu məsələlər üzərində işləyirik. Yəni, bütün sahələr üzrə islahatlar aparılır və aparılacaqdır. Ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Ancaq bütün bu işlərin əsasında, təməlində bizim milli dəyərlərimiz dayanır”.

 

 

DİGƏR Xəbərlər Arxiv