YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Türkiyə-Azərbaycan münasibətləri digər ölkələr üçün nümunə olacaq səviyyədədir

«Azərbaycan-Türkiyə münasibətləri daim yüksələn xətlə inkişaf edir». Bu fikri Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, iki ölkə arasında münasibətlər Ulu öndər Heydər Əliyevin «bir millət-iki dövlət» fəlsəfəsinə əsaslanır. Onun sözlərinə görə, hər iki dövləti eyni köklər, ortaq milli-mənəvi dəyərlər, dil-din birliyi birləşdirir.

«Hazırda da xalqlarımız arasında çox yüksək əlaqələr mövcuddur. Bizim münasibətlərimiz digər ölkələr üçün nümunə olacaq səviyyədədir. Təbii ki, əlaqələrimizin davamlı olaraq güclənməsində hər iki dövlətin prezidentlərinin də dostluq münasibətlərinin xüsusi rolu var. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman münasibətlərimizin daha da güclənməsi, beynəlxalq müstəvidə ölkələrimizin mövqelərinin möhkəmləndirilməsi istiqamətində qətiyyət nümayiş etdirirlər»- deyə, N.Cəfərov vurğulayıb.