YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nursultan Nazarbayev: Əldə olunmuş razılaşmaların reallaşdırılması Qazaxıstan-Azərbaycan əməkdaşlığının inkişafına təkan verəcək

Prezident Nursultan Nazarbayev Qazaxıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Qazaxıstan Prezidenti əsrin dörddəbir hissəsi müddətində ölkələrimiz arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini və ildən-ilə intensiv artımını davam etdirdiyini bildirib.

“Aprel ayı ərzində ölkənizə həyata keçirilən rəsmi səfərim zamanı aparılan danışıqlar Qazaxıstan və Azərbaycan arasında münasibətlərdə yeni sərhədlərin açılmasını, müxtəlif sahələrdə əməkdaşlığın yeni prioritet istiqamətlərini müəyyən edib. Şübhəsiz ki, əldə olunmuş razılaşmaların reallaşdırılması dövlətlərimiz arasında strateji əməkdaşlığın inkişafına əlavə təkan verəcək”, - deyə Prezident Nursultan Nazarbayev qeyd edib.

Prezident Nursultan Nazarbayev Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətində uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıb.