YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ermənistan bütün sülh təşəbbüslərini pozur

«Azərbaycanın xarici siyasətində əsas prioritet Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Ermənistanın işğalı nəticəsində respublikamızın ərazisinin 20 faizi zəbt olunub, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin düşüb». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahmqızı bildirib ki,  hazırda beynəlxalq münasibətlərdə mürəkkəb proseslər xeyli artıb. Onun sözlərinə görə, yranmış belə vəziyyətin səbəblərindən biri həll olunmamış münaqişələrdir.

«İyirmi ildən çoxdur ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bir zərurət kimi meydana çıxıb. Bu cəhət beynəlxalq təşkilatların hesabatlarında da nəzərə çatdırılır. Amma təəssüf ki, işğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur. Bunun əsas səbəblərindən biri Minsk qrupunun həmsədrləri işğalçıya qarşı çox loyal münasibət göstərməsidir. Hətta onların bəyanatlarında Ermənistanın maraqlarına uyğun olan nüanslar da olub. Ona görə də, Ermənistan bütün sülh təşəbbüslərini pozur. Əgər sülh danışıqları nəticə verməsə bu missiyanı, yəni ərazi bütövlüyümüzün bərpa olunmasını  Azərbaycan Ordusu yerinə yetirəcək»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.