YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İcra katibinin müavini: Hazırda 21 təşkilatımızda konfransların keçirilməsinə hazırlıqlar davam edir

«YAP-ın rayon təşkilatlarının hesabat seçki konfransları 5 ildən bir keçirilir. Yeni Azərbaycan Partiyasının 84 rayon və şəhər təşkialtı var. Onun artıq 63-də bu konfranslar keçirilib. Hazırda 21 təşkilatımızda bu konfransların keçirilməsinə hazırlıqlar davam edir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, ötən 5 il müddətində partiya sıralarına kifayət qədər yeni insanlar daxil olub. Onların 70 faizini gənclər təşkil edir. Partiyanın yerli strukturlarının rəhbər orqanlarında  müvafiq dəyişikliklər olunur. Bu proses davam etdirilir.

«Əgər 5 il bundan öncə YAP-ın sıralarında az insan cəmləşmişdisə, artıq partiyanın sıralarında 700 mindən artıq partiya üzvü cəmləşib. Bilirsiniz ki, prezident seçkiləri ilə bağlı işimiz çoxdur. Bununla bağlı proqramımız hazırlanır. Hazırda biz bu proqramı İdarə Heyətinin təsdiqinə təqdim edəcəyik. Məntəqə, dairə seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər, imza toplayacaq şəxslər, təbliğat materiallarının açılması, yapışdırılması, çatdırılması ilə məşğul olan şəxslər və s. hər biri proqram əsasında hazırlanır. Seçkilərə start verilənə kimi biz bu işləri bitirməliyik. Ona görə də ikinci mərhələdə partiya qarşısında duran çox böyük işlər var. Sentyabrdan etibarən seçkilərə qədər çox aktiv və gərgin şəkildə bu işlər öz həllini tapmalıdır»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.