YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bundan sonra inşaat işləri Azərbaycanda daha sürətlə aparılacaq

Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. “Ağ şəhər”də onlarla bina inşa olunub.

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident bildirib ki, Bakının digər yerlərində, eləcə də, digər şəhərlərimizdə mənzil tikintisi geniş vüsət alıb. Bunun tikinti materialları sektoruna da müsbət təsiri var və olacaq.

Ölkə rəhbəri iş adamlarına bu sahəyə daha böyük diqqət yetirmələrini və sərmayə qoymalarını məsləhət görüb. Çünki bundan sonra inşaat işləri Azərbaycanda daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq.

 

 

DİGƏR Xəbərlər Arxiv