YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyalı deputat: Dinc əhalinin atəşə tutulması hallarına son qoyulmalıdır

Erməni silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından (CDU) olan deputatı Patrik Sensburq bəyanatla çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən bildiriblər ki, almaniyalı deputat bəyanatında deyib: “Füzuli rayonunun dinc sakinləri Sahibə Allahverdiyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi doğurdu. Erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində əlavə bir dinc sakin ağır yaralanıb”.

O, həmçinin münaqişənin tezliklə həll olması üçün sülh danışıqlarının davam etdirilməsinin vacibliyini ifadə edərək deyib: “Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmalıdır”. Deputat münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyini də xatırladıb.

 

DİGƏR Xəbərlər Arxiv