YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda yaşa görə pensiyanın orta məbləği 1,8 dəfə artıb

Azərbaycanda yaşa görə pensiyanın orta məbləği 1,8 dəfə artıb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2010-cu ildə yaşa görə pensiyanın orta məbləği 104,4 manat olduğu halda 2014-cü ildə bu göstərici 187,8 manata çatıb.

Bundan əlavə, ailə başçısının itirilməsinə görə pensiyanın orta məbləği 1,6 dəfə artaraq 80,1 manatdan 126,2 manata, əlilliyə görə pensiyanın orta məbləği 1,6 dəfə artaraq 98,5 manatdan 148,4 manata bərabər olub.

Qeyd etmək lazımdır ki, Azərbaycan son on ildə pensiyaların artım dinamikasına görə MDB məkanında aparıcı mövqeyini saxlayır.

 

DİGƏR Xəbərlər Arxiv