YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Portuqaliya portalı “Formula-1” Azərbaycan Qran-Prisindən yazır

Portuqaliya portalında “Formula-1” Azərbaycan Qran-Prisi son dövrlərin ən gərgin yarışı kimi təqdim edilib. Bu ölkənin avtomobil idmanı sahəsində ixtisaslaşmış “autoportal.iol.pt” portalında “Azərbaycan Qran-Prisində 137 ötmə baş verib” sərlövhəli məqalə yerləşdirilib. Yazıda deyilir ki, Azərbaycan Qran-Prisi son dövrlərin ən baxımlı və gərgin yarışı olub.

Məqalədə “Mersedes” komandasının Bakıdakı yarışa dair açıqladığı strateji statistik təhlilə istinad olunub. Azərbaycan Qran-Prisinin ən maraqlı məqamlarından ibarət video da yazıya əlavə olunub.