YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Məmmədhəsənov: Ötən dövrdə müşahidələr göstərdi ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi doğru qərardır

«Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi çox təqdirəlayiq haldır. Ötən dövrdə müşahidələr bu qərarın doğru olduğunu bir daha təsdiqləyir. Əvvəllər ayrı-ayrı apteklərdə eyni dərmanlar fərqli qiymətə satılırdı. Bunun üçün isə heç bir əsas yox idi». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənov deyib.

R.Məmmədhəsənov bildirib ki, dərman vasitələrinin fərqli qiymətə satılmasında məqsəd daha çox pul qazanmaq idi. Bundan əziyyət çəkənlər də insanlar idi. Ona görə də, dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi cəmiyyətimizdə yüksək qymətləndirilir.  

«Bu məsələ dövlət başçısının tapşırığıdır və Onun tapşırığına uyğun olaraq hökumət bu addımları atır.Bilirsiniz ki, dərmanlar xaricdən idxal olunur və bu da milyonlarla vəsaitin xaricə getməsi deməkdir. Ölkə Prezidentinin tapşırığı ilə Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması istiqamətində də iş gedir. Azərbaycan dərman bitkiləri ilə zəngindir. Yəni dərman istehsal etmək üçün bitki xammalı ehtiyatımız çoxdur. Bundan istifadə edilməlidir. 

DİGƏR Xəbərlər Arxiv