YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycanda mövcud olan etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir

«Azərbaycanda mövcud olan  etnik və dini tolerantlıq mühiti dünyaya nümunədir». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur. Onun sözlərinə görə, bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma var.

«Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq. Ona görə də, cəmiyyətdə maarifləndirmə işləri davam etdirilməlidir. Xüsusilə gənc nəslə bu dəyərlər aşılanmalı, onlar həmin dəyərləri daim qorumalıdırlar. Çox sevindirici haldır ki, bu baxımdan ölkəmizdə intellektual gənclik formalaşıb»- deyə, Y.Abramov vurğulayıb.