YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB ekspertləri cinayət mühakiməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Avqustun 26-27-də Belarus paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslər barəsində məhkəmə qərarlarının icrası haqqında Konvensiya layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.

Sənədin müddəaları dövlətlərin suverenliyinə hörmət və onların daxili işlərinə qarışmamaq prinsipləri əsasında cinayət mühakiməsi sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı yardımın genişləndirilməsinə yönəlib.

Konvensiya hökmün icra edildiyi dövlət tərəfindən hökmün çıxarıldığı dövlətdə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər barəsində məhkəmə qərarlarının icrası və cinayət hüququ xarakterli tədbirlər üzrə münasibətləri tənzimləyəcəkdir. Əsas şərt budur ki, məhkəmənin qərarı qəti və qanuni qüvvəyə minmiş olmalıdır.

Sənəddə hökm ilə əlaqədar sorğuların göndərilməsi və icrası, hökmü icra edən ölkə qarşısında yaranan öhdəliklər, habelə araşdırılmaq üçün başqa ölkəyə verilmiş hökmlərə yenidən baxılması, həmin hökmlər üzrə əfvetmə və amnistiya qaydası təsbit edilib.