YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsində mühüm rol oynayır

«Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın dünya siyasi arenasında yeri və rolunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsi xüsusi qeyd olunmalıdır». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Onun sözlərinə görə, bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir.

«Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, ölkələrarası  əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Bütün bunlar göstərir ki,  ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan dünyada nüfuzlu dövlət kimi özünü təsdiq edib»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.