YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 17,5 milyon tonadək neft nəql edilib

Cari ilin yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 17 milyon 478,8 min ton neft nəql olunub. Nəqletmənin 78,3 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 13 milyon 684,5 min ton neft ötürülüb. Bu ilin ilk beş ayında BTC ilə 2 milyon 685,5 min ton tranzit neft də nəql edilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.